| 1 |
And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; |
/content/ayah/audio/hudhaify/092001.mp3
|
وَاللَّيْلِ إِذَا يَغْشَى |
| 2 |
And olsun işıqlanmaqda olan gündüzə; |
/content/ayah/audio/hudhaify/092002.mp3
|
وَالنَّهَارِ إِذَا تَجَلَّى |
| 3 |
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki, |
/content/ayah/audio/hudhaify/092003.mp3
|
وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَى |
| 4 |
Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız). |
/content/ayah/audio/hudhaify/092004.mp3
|
إِنَّ سَعْيَكُمْ لَشَتَّى |
| 5 |
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, |
/content/ayah/audio/hudhaify/092005.mp3
|
فَأَمَّا مَن أَعْطَى وَاتَّقَى |
| 6 |
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, |
/content/ayah/audio/hudhaify/092006.mp3
|
وَصَدَّقَ بِالْحُسْنَى |
| 7 |
Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! |
/content/ayah/audio/hudhaify/092007.mp3
|
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى |
| 8 |
Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, |
/content/ayah/audio/hudhaify/092008.mp3
|
وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَى |
| 9 |
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, |
/content/ayah/audio/hudhaify/092009.mp3
|
وَكَذَّبَ بِالْحُسْنَى |
| 10 |
Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!) |
/content/ayah/audio/hudhaify/092010.mp3
|
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَى |
| 11 |
(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz. |
/content/ayah/audio/hudhaify/092011.mp3
|
وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّى |
| 12 |
Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir). |
/content/ayah/audio/hudhaify/092012.mp3
|
إِنَّ عَلَيْنَا لَلْهُدَى |
| 13 |
Axirət də Bizim, dünya da Bizimdir! |
/content/ayah/audio/hudhaify/092013.mp3
|
وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَى |
| 14 |
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. |
/content/ayah/audio/hudhaify/092014.mp3
|
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّى |
| 15 |
Ora ancaq azğın (kafir) daxil olar. |
/content/ayah/audio/hudhaify/092015.mp3
|
لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى |
| 16 |
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! |
/content/ayah/audio/hudhaify/092016.mp3
|
الَّذِي كَذَّبَ وَتَوَلَّى |
| 17 |
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). |
/content/ayah/audio/hudhaify/092017.mp3
|
وَسَيُجَنَّبُهَا الْأَتْقَى |
| 18 |
O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər, |
/content/ayah/audio/hudhaify/092018.mp3
|
الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّى |
| 19 |
O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz). |
/content/ayah/audio/hudhaify/092019.mp3
|
وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَى |
| 20 |
O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. |
/content/ayah/audio/hudhaify/092020.mp3
|
إِلَّا ابْتِغَاء وَجْهِ رَبِّهِ الْأَعْلَى |
| 21 |
And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır! |
/content/ayah/audio/hudhaify/092021.mp3
|
وَلَسَوْفَ يَرْضَى |