Adh-Dhuha

Change Language
Change Surah
Change Recitation

Azerbaijani: Vasim Mammadaliyev and Ziya Bunyadov

Play All
# Translation Ayah
1 And olsun səhərə; وَالضُّحَى
2 And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, وَاللَّيْلِ إِذَا سَجَى
3 (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى
4 Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَى
5 Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى
6 Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَى
7 Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! وَوَجَدَكَ ضَالًّا فَهَدَى
8 Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى
9 Elə isə yetimə zülm etmə! فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ
10 Dilənçini də (qapıdan) qovma! وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ
11 Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç! وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ
;