1 |
And olsun dan yerinə; |
/content/ayah/audio/hudhaify/089001.mp3
|
وَالْفَجْرِ |
2 |
And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə); |
/content/ayah/audio/hudhaify/089002.mp3
|
وَلَيَالٍ عَشْرٍ |
3 |
And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə); |
/content/ayah/audio/hudhaify/089003.mp3
|
وَالشَّفْعِ وَالْوَتْرِ |
4 |
And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)! |
/content/ayah/audio/hudhaify/089004.mp3
|
وَاللَّيْلِ إِذَا يَسْرِ |
5 |
Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?! |
/content/ayah/audio/hudhaify/089005.mp3
|
هَلْ فِي ذَلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ |
6 |
(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?! |
/content/ayah/audio/hudhaify/089006.mp3
|
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ |
7 |
Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?! |
/content/ayah/audio/hudhaify/089007.mp3
|
إِرَمَ ذَاتِ الْعِمَادِ |
8 |
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı. |
/content/ayah/audio/hudhaify/089008.mp3
|
الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ |
9 |
(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?! |
/content/ayah/audio/hudhaify/089009.mp3
|
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ |
10 |
Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?! |
/content/ayah/audio/hudhaify/089010.mp3
|
وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ |
11 |
O kəslər ki, məmləkətlərdə tüğyan edir, |
/content/ayah/audio/hudhaify/089011.mp3
|
الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ |
12 |
Oralarda çoxlu fitnə-fəsad törədirlər. |
/content/ayah/audio/hudhaify/089012.mp3
|
فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ |
13 |
Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi. |
/content/ayah/audio/hudhaify/089013.mp3
|
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ |
14 |
Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür. |
/content/ayah/audio/hudhaify/089014.mp3
|
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ |
15 |
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. |
/content/ayah/audio/hudhaify/089015.mp3
|
فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ |
16 |
Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər. |
/content/ayah/audio/hudhaify/089016.mp3
|
وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ |
17 |
Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). |
/content/ayah/audio/hudhaify/089017.mp3
|
كَلَّا بَل لَّا تُكْرِمُونَ الْيَتِيمَ |
18 |
Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. |
/content/ayah/audio/hudhaify/089018.mp3
|
وَلَا تَحَاضُّونَ عَلَى طَعَامِ الْمِسْكِينِ |
19 |
Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz). |
/content/ayah/audio/hudhaify/089019.mp3
|
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّا |
20 |
Mal-dövləti isə lap çox sevirsiniz. |
/content/ayah/audio/hudhaify/089020.mp3
|
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا |
21 |
Xeyr! Yer dağılıb parça-parça olacağı; |
/content/ayah/audio/hudhaify/089021.mp3
|
كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا |
22 |
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı |
/content/ayah/audio/hudhaify/089022.mp3
|
وَجَاء رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا |
23 |
Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! |
/content/ayah/audio/hudhaify/089023.mp3
|
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّى لَهُ الذِّكْرَى |
24 |
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. |
/content/ayah/audio/hudhaify/089024.mp3
|
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي |
25 |
O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz! |
/content/ayah/audio/hudhaify/089025.mp3
|
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ |
26 |
(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz! |
/content/ayah/audio/hudhaify/089026.mp3
|
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ |
27 |
(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) |
/content/ayah/audio/hudhaify/089027.mp3
|
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ |
28 |
Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! |
/content/ayah/audio/hudhaify/089028.mp3
|
ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً |
29 |
(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! |
/content/ayah/audio/hudhaify/089029.mp3
|
فَادْخُلِي فِي عِبَادِي |
30 |
(Onlarla birlikdə) Cənnətimə varid ol!” |
/content/ayah/audio/hudhaify/089030.mp3
|
وَادْخُلِي جَنَّتِي |