| 1 |
And içirəm bu şəhərə (Məkkəyə) - |
/content/ayah/audio/hudhaify/090001.mp3
|
لَا أُقْسِمُ بِهَذَا الْبَلَدِ |
| 2 |
Sənin yaşadığın (sənə halal olan) şəhərə; |
/content/ayah/audio/hudhaify/090002.mp3
|
وَأَنتَ حِلٌّ بِهَذَا الْبَلَدِ |
| 3 |
And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki, |
/content/ayah/audio/hudhaify/090003.mp3
|
وَوَالِدٍ وَمَا وَلَدَ |
| 4 |
Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!) |
/content/ayah/audio/hudhaify/090004.mp3
|
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ |
| 5 |
Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir? |
/content/ayah/audio/hudhaify/090005.mp3
|
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ |
| 6 |
Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir? |
/content/ayah/audio/hudhaify/090006.mp3
|
يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا |
| 7 |
Məgər o heç kəsin onu görmədiyini güman edir?! |
/content/ayah/audio/hudhaify/090007.mp3
|
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ |
| 8 |
Məgər Biz ona iki göz vermədikmi?! |
/content/ayah/audio/hudhaify/090008.mp3
|
أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ |
| 9 |
Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! |
/content/ayah/audio/hudhaify/090009.mp3
|
وَلِسَانًا وَشَفَتَيْنِ |
| 10 |
Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! |
/content/ayah/audio/hudhaify/090010.mp3
|
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ |
| 11 |
Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi). |
/content/ayah/audio/hudhaify/090011.mp3
|
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ |
| 12 |
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! |
/content/ayah/audio/hudhaify/090012.mp3
|
وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ |
| 13 |
(O) bir kölə azad etməkdir; |
/content/ayah/audio/hudhaify/090013.mp3
|
فَكُّ رَقَبَةٍ |
| 14 |
Yaxud aclıq günü (zamanı) yemək verməkdir - |
/content/ayah/audio/hudhaify/090014.mp3
|
أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ |
| 15 |
Qohumluq əlaqəsi çatan bir yetimə. |
/content/ayah/audio/hudhaify/090015.mp3
|
يَتِيمًا ذَا مَقْرَبَةٍ |
| 16 |
Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! |
/content/ayah/audio/hudhaify/090016.mp3
|
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ |
| 17 |
Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! |
/content/ayah/audio/hudhaify/090017.mp3
|
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ |
| 18 |
Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!) |
/content/ayah/audio/hudhaify/090018.mp3
|
أُوْلَئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ |
| 19 |
Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!) |
/content/ayah/audio/hudhaify/090019.mp3
|
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ |
| 20 |
Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!) |
/content/ayah/audio/hudhaify/090020.mp3
|
عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ |