| 1 |
(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? |
/content/ayah/audio/hudhaify/088001.mp3
|
هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ |
| 2 |
(O gün) bir çox üzlər zəlil görkəm alacaq; |
/content/ayah/audio/hudhaify/088002.mp3
|
وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ |
| 3 |
(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; |
/content/ayah/audio/hudhaify/088003.mp3
|
عَامِلَةٌ نَّاصِبَةٌ |
| 4 |
Yanar oda girəcəkdir; |
/content/ayah/audio/hudhaify/088004.mp3
|
تَصْلَى نَارًا حَامِيَةً |
| 5 |
Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir. |
/content/ayah/audio/hudhaify/088005.mp3
|
تُسْقَى مِنْ عَيْنٍ آنِيَةٍ |
| 6 |
Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır. |
/content/ayah/audio/hudhaify/088006.mp3
|
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ |
| 7 |
(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. |
/content/ayah/audio/hudhaify/088007.mp3
|
لَا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ |
| 8 |
(O gün) bir çox üzlər sevinəcək; |
/content/ayah/audio/hudhaify/088008.mp3
|
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ |
| 9 |
(Dünyadakı) zəhmətindən razı qalacaq; |
/content/ayah/audio/hudhaify/088009.mp3
|
لِسَعْيِهَا رَاضِيَةٌ |
| 10 |
(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq, |
/content/ayah/audio/hudhaify/088010.mp3
|
فِي جَنَّةٍ عَالِيَةٍ |
| 11 |
Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. |
/content/ayah/audio/hudhaify/088011.mp3
|
لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةً |
| 12 |
Orada axar bulaq; |
/content/ayah/audio/hudhaify/088012.mp3
|
فِيهَا عَيْنٌ جَارِيَةٌ |
| 13 |
Orada uca taxtlar; |
/content/ayah/audio/hudhaify/088013.mp3
|
فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ |
| 14 |
(Çeşmələr kənarında) piyalələr; |
/content/ayah/audio/hudhaify/088014.mp3
|
وَأَكْوَابٌ مَّوْضُوعَةٌ |
| 15 |
Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar |
/content/ayah/audio/hudhaify/088015.mp3
|
وَنَمَارِقُ مَصْفُوفَةٌ |
| 16 |
Və döşənmiş (nəfis) xalılar vardır! |
/content/ayah/audio/hudhaify/088016.mp3
|
وَزَرَابِيُّ مَبْثُوثَةٌ |
| 17 |
Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? |
/content/ayah/audio/hudhaify/088017.mp3
|
أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ |
| 18 |
Göyə (baxmırlar ki) necə ucaldılmışdır? |
/content/ayah/audio/hudhaify/088018.mp3
|
وَإِلَى السَّمَاء كَيْفَ رُفِعَتْ |
| 19 |
Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? |
/content/ayah/audio/hudhaify/088019.mp3
|
وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ |
| 20 |
Və yerə (baxmırlar ki) necə döşədilmişdir? |
/content/ayah/audio/hudhaify/088020.mp3
|
وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ |
| 21 |
(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! |
/content/ayah/audio/hudhaify/088021.mp3
|
فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ |
| 22 |
Sən onların üzərində hakim deyilsən! |
/content/ayah/audio/hudhaify/088022.mp3
|
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ |
| 23 |
Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə |
/content/ayah/audio/hudhaify/088023.mp3
|
إِلَّا مَن تَوَلَّى وَكَفَرَ |
| 24 |
Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər! |
/content/ayah/audio/hudhaify/088024.mp3
|
فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ |
| 25 |
Şübhəsiz ki, onların axır dönüşü Bizədir! |
/content/ayah/audio/hudhaify/088025.mp3
|
إِنَّ إِلَيْنَا إِيَابَهُمْ |
| 26 |
Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! |
/content/ayah/audio/hudhaify/088026.mp3
|
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ |