An-Nazi'at

Change Language
Change Surah
Change Recitation

Azerbaijani: Vasim Mammadaliyev and Ziya Bunyadov

Play All
# Translation Ayah
1 And olsun (kafirlərin canını) zorla alanlara; وَالنَّازِعَاتِ غَرْقًا
2 And olsun (mö’minlərin canını) rahatlıqla alanlara; وَالنَّاشِطَاتِ نَشْطًا
3 And olsun sür’ətlə üzənlərə; وَالسَّابِحَاتِ سَبْحًا
4 And olsun (bir-birini) ötdükcə ötənlərə; فَالسَّابِقَاتِ سَبْقًا
5 And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)! فَالْمُدَبِّرَاتِ أَمْرًا
6 O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək), يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ
7 Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir). تَتْبَعُهَا الرَّادِفَةُ
8 O gün ürəklər qorxub titrəyəcək, قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ
9 Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir. أَبْصَارُهَا خَاشِعَةٌ
10 (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! يَقُولُونَ أَئِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ
11 Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” أَئِذَا كُنَّا عِظَامًا نَّخِرَةً
12 Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur). قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
13 (Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)! فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ
14 Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar! فَإِذَا هُم بِالسَّاهِرَةِ
15 (Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı? هَلْ أتَاكَ حَدِيثُ مُوسَى
16 O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi: إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
17 “Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır). اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى
18 Və de: “(Günahlardan) təmizlənmək istəyirsənmi? فَقُلْ هَل لَّكَ إِلَى أَن تَزَكَّى
19 Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?” وَأَهْدِيَكَ إِلَى رَبِّكَ فَتَخْشَى
20 (Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi. فَأَرَاهُ الْآيَةَ الْكُبْرَى
21 Lakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu. فَكَذَّبَ وَعَصَى
22 Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi. ثُمَّ أَدْبَرَ يَسْعَى
23 Və (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi: فَحَشَرَ فَنَادَى
24 “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَى
25 Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi). فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى
26 Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır. إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَى
27 (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı; أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاء بَنَاهَا
28 Qübbəsini ucaltdı, düzəldib nizama saldı; رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا
29 Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?! وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا
30 Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı). وَالْأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا
31 Ondan suyunu və otlağını çıxartdı. أَخْرَجَ مِنْهَا مَاءهَا وَمَرْعَاهَا
32 (Orada) dağları yerləşdirdi. وَالْجِبَالَ أَرْسَاهَا
33 (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür. مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ
34 O böyük bəla (qiyamət) gələndə, فَإِذَا جَاءتِ الطَّامَّةُ الْكُبْرَى
35 O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır. يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَى
36 Cəhənnəm də hər görənə görünəcəkdir. وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَى
37 Kim (dünyada) azğınlıq etmişsə, فَأَمَّا مَن طَغَى
38 Dünyanı (axirətdən) üstün tutmuşsa, وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا
39 Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَى
40 Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə, وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى
41 Həqiqətən, onun yurdu Cənnətdir! فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى
42 (Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar. يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا
43 Sən onu (onun vaxtını) nə bilirsən?! فِيمَ أَنتَ مِن ذِكْرَاهَا
44 Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur. إِلَى رَبِّكَ مُنتَهَاهَا
45 Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən! إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا
46 Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar! كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا
;