Al-Zalzalah

Change Language
Change Surah
Change Recitation

Azerbaijani: Vasim Mammadaliyev and Ziya Bunyadov

Play All
# Translation Ayah
1 Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا
2 Yer öz yükünü çıxardıb atacağı zaman; وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا
3 İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman - وَقَالَ الْإِنسَانُ مَا لَهَا
4 Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir - يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا
5 Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا
6 O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ
7 Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ
8 Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
;