Al-Alaq

Change Language
Change Surah
Change Recitation

Azerbaijani: Vasim Mammadaliyev and Ziya Bunyadov

Play All
# Translation Ayah
1 (Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ
2 O, insanı laxtalanmış qandan yaratdı. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ
3 (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ
4 O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. الَّذِي عَلَّمَ بِالْقَلَمِ
5 (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ
6 Xeyr, insan azğınlıq edər, كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَى
7 Özünün dövlətli olduğunu gördüyü üçün! أَن رَّآهُ اسْتَغْنَى
8 Axı sənin axır dönüşün Rəbbinədir! إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى
9 Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur أَرَأَيْتَ الَّذِي يَنْهَى
10 Bir bəndəyə (sənə) namaz qıldığı vaxt? عَبْدًا إِذَا صَلَّى
11 Bir de görək, əgər o doğru yoldadırsa, أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَى
12 Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?! أَوْ أَمَرَ بِالتَّقْوَى
13 (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə, أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّى
14 Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى
15 Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik - كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ
16 Özü də yalançı, günahkar kəkilindən! نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ
17 Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! فَلْيَدْعُ نَادِيَه
18 Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq! سَنَدْعُ الزَّبَانِيَةَ
19 Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ
;