1 |
Vay halına çəkidə və ölçüdə aldadanların! |
/content/ayah/audio/hudhaify/083001.mp3
|
وَيْلٌ لِّلْمُطَفِّفِينَ |
2 |
O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, |
/content/ayah/audio/hudhaify/083002.mp3
|
الَّذِينَ إِذَا اكْتَالُواْ عَلَى النَّاسِ يَسْتَوْفُونَ |
3 |
Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. |
/content/ayah/audio/hudhaify/083003.mp3
|
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ |
4 |
Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! |
/content/ayah/audio/hudhaify/083004.mp3
|
أَلَا يَظُنُّ أُولَئِكَ أَنَّهُم مَّبْعُوثُونَ |
5 |
Özü də dəhşətli bir gündə?! |
/content/ayah/audio/hudhaify/083005.mp3
|
لِيَوْمٍ عَظِيمٍ |
6 |
O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! |
/content/ayah/audio/hudhaify/083006.mp3
|
يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ |
7 |
Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! |
/content/ayah/audio/hudhaify/083007.mp3
|
كَلَّا إِنَّ كِتَابَ الفُجَّارِ لَفِي سِجِّينٍ |
8 |
Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?) |
/content/ayah/audio/hudhaify/083008.mp3
|
وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ |
9 |
O, yazılı bir kitabdır! |
/content/ayah/audio/hudhaify/083009.mp3
|
كِتَابٌ مَّرْقُومٌ |
10 |
O gün vay halına yalan sayanların! |
/content/ayah/audio/hudhaify/083010.mp3
|
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |
11 |
O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. |
/content/ayah/audio/hudhaify/083011.mp3
|
الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ |
12 |
Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. |
/content/ayah/audio/hudhaify/083012.mp3
|
وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ |
13 |
Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər. |
/content/ayah/audio/hudhaify/083013.mp3
|
إِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ |
14 |
Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. |
/content/ayah/audio/hudhaify/083014.mp3
|
كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ |
15 |
Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! |
/content/ayah/audio/hudhaify/083015.mp3
|
كَلَّا إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ |
16 |
Sonra Cəhənnəmə varid qalacaqlar. |
/content/ayah/audio/hudhaify/083016.mp3
|
ثُمَّ إِنَّهُمْ لَصَالُوا الْجَحِيمِ |
17 |
Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir. |
/content/ayah/audio/hudhaify/083017.mp3
|
ثُمَّ يُقَالُ هَذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ |
18 |
Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır! |
/content/ayah/audio/hudhaify/083018.mp3
|
كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ |
19 |
Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?! |
/content/ayah/audio/hudhaify/083019.mp3
|
وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ |
20 |
O, yazılı bir kitabdır. |
/content/ayah/audio/hudhaify/083020.mp3
|
كِتَابٌ مَّرْقُومٌ |
21 |
Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər! |
/content/ayah/audio/hudhaify/083021.mp3
|
يَشْهَدُهُ الْمُقَرَّبُونَ |
22 |
Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar. |
/content/ayah/audio/hudhaify/083022.mp3
|
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ |
23 |
Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər. |
/content/ayah/audio/hudhaify/083023.mp3
|
عَلَى الْأَرَائِكِ يَنظُرُونَ |
24 |
Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən! |
/content/ayah/audio/hudhaify/083024.mp3
|
تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ |
25 |
Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir. |
/content/ayah/audio/hudhaify/083025.mp3
|
يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ |
26 |
Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! |
/content/ayah/audio/hudhaify/083026.mp3
|
خِتَامُهُ مِسْكٌ وَفِي ذَلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ |
27 |
Ona təsnim (suyu) qatılmışdır. |
/content/ayah/audio/hudhaify/083027.mp3
|
وَمِزَاجُهُ مِن تَسْنِيمٍ |
28 |
O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər). |
/content/ayah/audio/hudhaify/083028.mp3
|
عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ |
29 |
Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. |
/content/ayah/audio/hudhaify/083029.mp3
|
إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُواْ مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ |
30 |
(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. |
/content/ayah/audio/hudhaify/083030.mp3
|
وَإِذَا مَرُّواْ بِهِمْ يَتَغَامَزُونَ |
31 |
Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. |
/content/ayah/audio/hudhaify/083031.mp3
|
وَإِذَا انقَلَبُواْ إِلَى أَهْلِهِمُ انقَلَبُواْ فَكِهِينَ |
32 |
Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər. |
/content/ayah/audio/hudhaify/083032.mp3
|
وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَؤُلَاء لَضَالُّونَ |
33 |
Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir. |
/content/ayah/audio/hudhaify/083033.mp3
|
وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ |
34 |
Bu gün isə mö’minlər kafirlərə güləcəklər. |
/content/ayah/audio/hudhaify/083034.mp3
|
فَالْيَوْمَ الَّذِينَ آمَنُواْ مِنَ الْكُفَّارِ يَضْحَكُونَ |
35 |
Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). |
/content/ayah/audio/hudhaify/083035.mp3
|
عَلَى الْأَرَائِكِ يَنظُرُونَ |
36 |
Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!) |
/content/ayah/audio/hudhaify/083036.mp3
|
هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ |