1 |
Haqq olan qiyamət! |
/content/ayah/audio/hudhaify/069001.mp3
|
الْحَاقَّةُ |
2 |
Nədir qiyamət?! |
/content/ayah/audio/hudhaify/069002.mp3
|
مَا الْحَاقَّةُ |
3 |
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) |
/content/ayah/audio/hudhaify/069003.mp3
|
وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ |
4 |
Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! |
/content/ayah/audio/hudhaify/069004.mp3
|
كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ |
5 |
Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. |
/content/ayah/audio/hudhaify/069005.mp3
|
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ |
6 |
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu. |
/content/ayah/audio/hudhaify/069006.mp3
|
وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ |
7 |
Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. |
/content/ayah/audio/hudhaify/069007.mp3
|
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ |
8 |
İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! |
/content/ayah/audio/hudhaify/069008.mp3
|
فَهَلْ تَرَى لَهُم مِّن بَاقِيَةٍ |
9 |
Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. |
/content/ayah/audio/hudhaify/069009.mp3
|
وَجَاء فِرْعَوْنُ وَمَن قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ |
10 |
Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. |
/content/ayah/audio/hudhaify/069010.mp3
|
فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً |
11 |
Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. |
/content/ayah/audio/hudhaify/069011.mp3
|
إِنَّا لَمَّا طَغَى الْمَاء حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ |
12 |
Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın! |
/content/ayah/audio/hudhaify/069012.mp3
|
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ |
13 |
Sur bircə dəfə üfürüləcəyi; |
/content/ayah/audio/hudhaify/069013.mp3
|
فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ |
14 |
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman - |
/content/ayah/audio/hudhaify/069014.mp3
|
وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً |
15 |
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! |
/content/ayah/audio/hudhaify/069015.mp3
|
فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ |
16 |
Və (göy) süst düşüb parçalanacaqdır! |
/content/ayah/audio/hudhaify/069016.mp3
|
وَانشَقَّتِ السَّمَاء فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ |
17 |
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! |
/content/ayah/audio/hudhaify/069017.mp3
|
وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ |
18 |
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır! |
/content/ayah/audio/hudhaify/069018.mp3
|
يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَى مِنكُمْ خَافِيَةٌ |
19 |
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun! |
/content/ayah/audio/hudhaify/069019.mp3
|
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَؤُوا كِتَابِيهْ |
20 |
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!” |
/content/ayah/audio/hudhaify/069020.mp3
|
إِنِّي ظَنَنتُ أَنِّي مُلَاقٍ حِسَابِيهْ |
21 |
Bundan belə o, xoş güzəran içində, |
/content/ayah/audio/hudhaify/069021.mp3
|
فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ |
22 |
Yüksək bir Cənətdə olacaqdır. |
/content/ayah/audio/hudhaify/069022.mp3
|
فِي جَنَّةٍ عَالِيَةٍ |
23 |
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). |
/content/ayah/audio/hudhaify/069023.mp3
|
قُطُوفُهَا دَانِيَةٌ |
24 |
(Onlara belə deyiləcəkdir:) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!” |
/content/ayah/audio/hudhaify/069024.mp3
|
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ |
25 |
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! |
/content/ayah/audio/hudhaify/069025.mp3
|
وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيهْ |
26 |
Hesabımın nə olduğunu bilməyəydim! |
/content/ayah/audio/hudhaify/069026.mp3
|
وَلَمْ أَدْرِ مَا حِسَابِيهْ |
27 |
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) |
/content/ayah/audio/hudhaify/069027.mp3
|
يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ |
28 |
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). |
/content/ayah/audio/hudhaify/069028.mp3
|
مَا أَغْنَى عَنِّي مَالِيهْ |
29 |
Mülküm (səltənətim) də məhv olub getdi!” |
/content/ayah/audio/hudhaify/069029.mp3
|
هَلَكَ عَنِّي سُلْطَانِيهْ |
30 |
(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! |
/content/ayah/audio/hudhaify/069030.mp3
|
خُذُوهُ فَغُلُّوهُ |
31 |
Sonra da Cəhənnəmə atın! |
/content/ayah/audio/hudhaify/069031.mp3
|
ثُمَّ الْجَحِيمَ صَلُّوهُ |
32 |
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! |
/content/ayah/audio/hudhaify/069032.mp3
|
ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ |
33 |
Çünki o, böyük olan Allaha inanmırdı. |
/content/ayah/audio/hudhaify/069033.mp3
|
إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ |
34 |
O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. |
/content/ayah/audio/hudhaify/069034.mp3
|
وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ |
35 |
Bu gün bax burda onun yaxın bir dostu yoxdur. |
/content/ayah/audio/hudhaify/069035.mp3
|
فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ |
36 |
İrindən başqa bir yeməyi də yoxdur. |
/content/ayah/audio/hudhaify/069036.mp3
|
وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ |
37 |
Onu ancaq günahkarlar yeyər!” |
/content/ayah/audio/hudhaify/069037.mp3
|
لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِؤُونَ |
38 |
And içirəm gördüklərinizə, |
/content/ayah/audio/hudhaify/069038.mp3
|
فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ |
39 |
Və görmədiklərinizə ki, |
/content/ayah/audio/hudhaify/069039.mp3
|
وَمَا لَا تُبْصِرُونَ |
40 |
Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! |
/content/ayah/audio/hudhaify/069040.mp3
|
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ |
41 |
O, şair sözü deyildir! Nə az inanırsınız! |
/content/ayah/audio/hudhaify/069041.mp3
|
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَا تُؤْمِنُونَ |
42 |
O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! |
/content/ayah/audio/hudhaify/069042.mp3
|
وَلَا بِقَوْلِ كَاهِنٍ قَلِيلًا مَا تَذَكَّرُونَ |
43 |
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. |
/content/ayah/audio/hudhaify/069043.mp3
|
تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ |
44 |
Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi, |
/content/ayah/audio/hudhaify/069044.mp3
|
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ |
45 |
Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! |
/content/ayah/audio/hudhaify/069045.mp3
|
لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ |
46 |
Sonra onun şah damarını qopardardıq! |
/content/ayah/audio/hudhaify/069046.mp3
|
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ |
47 |
Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz. |
/content/ayah/audio/hudhaify/069047.mp3
|
فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ |
48 |
Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir. |
/content/ayah/audio/hudhaify/069048.mp3
|
وَإِنَّهُ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ |
49 |
(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik. |
/content/ayah/audio/hudhaify/069049.mp3
|
وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ |
50 |
Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər). |
/content/ayah/audio/hudhaify/069050.mp3
|
وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ |
51 |
Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir. |
/content/ayah/audio/hudhaify/069051.mp3
|
وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ |
52 |
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et! |
/content/ayah/audio/hudhaify/069052.mp3
|
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ |