1 |
And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; |
/content/ayah/audio/hudhaify/052001.mp3
|
وَالطُّورِ |
2 |
And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) - |
/content/ayah/audio/hudhaify/052002.mp3
|
وَكِتَابٍ مَّسْطُورٍ |
3 |
Açıq dəri üzərində (olan kitaba); |
/content/ayah/audio/hudhaify/052003.mp3
|
فِي رَقٍّ مَّنشُورٍ |
4 |
And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura; |
/content/ayah/audio/hudhaify/052004.mp3
|
وَالْبَيْتِ الْمَعْمُورِ |
5 |
And olsun yüksək tavana (uca göyə) |
/content/ayah/audio/hudhaify/052005.mp3
|
وَالسَّقْفِ الْمَرْفُوعِ |
6 |
Və dolub daşan (alovlanan) dənizə ki, |
/content/ayah/audio/hudhaify/052006.mp3
|
وَالْبَحْرِ الْمَسْجُورِ |
7 |
Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! |
/content/ayah/audio/hudhaify/052007.mp3
|
إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ |
8 |
Onu heç kəs dəf edə bilməz! |
/content/ayah/audio/hudhaify/052008.mp3
|
مَا لَهُ مِن دَافِعٍ |
9 |
O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq), |
/content/ayah/audio/hudhaify/052009.mp3
|
يَوْمَ تَمُورُ السَّمَاء مَوْرًا |
10 |
Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır. |
/content/ayah/audio/hudhaify/052010.mp3
|
وَتَسِيرُ الْجِبَالُ سَيْرًا |
11 |
O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına! |
/content/ayah/audio/hudhaify/052011.mp3
|
فَوَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ |
12 |
O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar. |
/content/ayah/audio/hudhaify/052012.mp3
|
الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ |
13 |
O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər. |
/content/ayah/audio/hudhaify/052013.mp3
|
يَوْمَ يُدَعُّونَ إِلَى نَارِ جَهَنَّمَ دَعًّا |
14 |
(Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur! |
/content/ayah/audio/hudhaify/052014.mp3
|
هَذِهِ النَّارُ الَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ |
15 |
(Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz? |
/content/ayah/audio/hudhaify/052015.mp3
|
أَفَسِحْرٌ هَذَا أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ |
16 |
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!” |
/content/ayah/audio/hudhaify/052016.mp3
|
اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاء عَلَيْكُمْ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ |
17 |
Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar. |
/content/ayah/audio/hudhaify/052017.mp3
|
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ |
18 |
Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. |
/content/ayah/audio/hudhaify/052018.mp3
|
فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ |
19 |
(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için; |
/content/ayah/audio/hudhaify/052019.mp3
|
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ |
20 |
Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik. |
/content/ayah/audio/hudhaify/052020.mp3
|
مُتَّكِئِينَ عَلَى سُرُرٍ مَّصْفُوفَةٍ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ |
21 |
İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur! |
/content/ayah/audio/hudhaify/052021.mp3
|
وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُم مِّنْ عَمَلِهِم مِّن شَيْءٍ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ |
22 |
Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik. |
/content/ayah/audio/hudhaify/052022.mp3
|
وَأَمْدَدْنَاهُم بِفَاكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ |
23 |
Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır. |
/content/ayah/audio/hudhaify/052023.mp3
|
يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ |
24 |
Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. |
/content/ayah/audio/hudhaify/052024.mp3
|
وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ |
25 |
Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. |
/content/ayah/audio/hudhaify/052025.mp3
|
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَى بَعْضٍ يَتَسَاءلُونَ |
26 |
Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. |
/content/ayah/audio/hudhaify/052026.mp3
|
قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ |
27 |
Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu. |
/content/ayah/audio/hudhaify/052027.mp3
|
فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ |
28 |
Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!” |
/content/ayah/audio/hudhaify/052028.mp3
|
إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ |
29 |
Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə! |
/content/ayah/audio/hudhaify/052029.mp3
|
فَذَكِّرْ فَمَا أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ |
30 |
Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər. |
/content/ayah/audio/hudhaify/052030.mp3
|
أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ |
31 |
De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!” |
/content/ayah/audio/hudhaify/052031.mp3
|
قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُم مِّنَ الْمُتَرَبِّصِينَ |
32 |
Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər. |
/content/ayah/audio/hudhaify/052032.mp3
|
أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُم بِهَذَا أَمْ هُمْ قَوْمٌ طَاغُونَ |
33 |
Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər. |
/content/ayah/audio/hudhaify/052033.mp3
|
أَمْ يَقُولُونَ تَقَوَّلَهُ بَل لَّا يُؤْمِنُونَ |
34 |
Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər! |
/content/ayah/audio/hudhaify/052034.mp3
|
فَلْيَأْتُوا بِحَدِيثٍ مِّثْلِهِ إِن كَانُوا صَادِقِينَ |
35 |
Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! |
/content/ayah/audio/hudhaify/052035.mp3
|
أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ |
36 |
Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar! |
/content/ayah/audio/hudhaify/052036.mp3
|
أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ بَل لَّا يُوقِنُونَ |
37 |
Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?! |
/content/ayah/audio/hudhaify/052037.mp3
|
أَمْ عِندَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ |
38 |
Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər! |
/content/ayah/audio/hudhaify/052038.mp3
|
أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَانٍ مُّبِينٍ |
39 |
Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?! |
/content/ayah/audio/hudhaify/052039.mp3
|
أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ |
40 |
Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?! |
/content/ayah/audio/hudhaify/052040.mp3
|
أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ |
41 |
Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?) |
/content/ayah/audio/hudhaify/052041.mp3
|
أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ |
42 |
Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! |
/content/ayah/audio/hudhaify/052042.mp3
|
أَمْ يُرِيدُونَ كَيْدًا فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ |
43 |
Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır! |
/content/ayah/audio/hudhaify/052043.mp3
|
أَمْ لَهُمْ إِلَهٌ غَيْرُ اللَّهِ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ |
44 |
Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar). |
/content/ayah/audio/hudhaify/052044.mp3
|
وَإِن يَرَوْا كِسْفًا مِّنَ السَّمَاء سَاقِطًا يَقُولُوا سَحَابٌ مَّرْكُومٌ |
45 |
Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et! |
/content/ayah/audio/hudhaify/052045.mp3
|
فَذَرْهُمْ حَتَّى يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ |
46 |
O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır. |
/content/ayah/audio/hudhaify/052046.mp3
|
يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ |
47 |
Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz! |
/content/ayah/audio/hudhaify/052047.mp3
|
وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَلِكَ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ |
48 |
(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! |
/content/ayah/audio/hudhaify/052048.mp3
|
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ |
49 |
Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!) |
/content/ayah/audio/hudhaify/052049.mp3
|
وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ |