Quraish

Change Language
Change Surah
Change Recitation

Azerbaijani: Vasim Mammadaliyev and Ziya Bunyadov

Play All
# Translation Ayah
1 (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə, لِإِيلَافِ قُرَيْشٍ
2 Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə. إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاء وَالصَّيْفِ
3 Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər! فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ
4 O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi. الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ
;