1 |
Ta. Ha. |
/content/ayah/audio/hudhaify/020001.mp3
|
طه |
2 |
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. |
/content/ayah/audio/hudhaify/020002.mp3
|
مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى |
3 |
Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. |
/content/ayah/audio/hudhaify/020003.mp3
|
إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَى |
4 |
O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur. |
/content/ayah/audio/hudhaify/020004.mp3
|
تَنزِيلًا مِّمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى |
5 |
Mərhəmətli Allah Ərşə ucaldı. |
/content/ayah/audio/hudhaify/020005.mp3
|
الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى |
6 |
Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. |
/content/ayah/audio/hudhaify/020006.mp3
|
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَى |
7 |
Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir. |
/content/ayah/audio/hudhaify/020007.mp3
|
وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى |
8 |
Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır! |
/content/ayah/audio/hudhaify/020008.mp3
|
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى |
9 |
Musanın əhvalatı sənə gəlib çatdımı? |
/content/ayah/audio/hudhaify/020009.mp3
|
وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَى |
10 |
O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” |
/content/ayah/audio/hudhaify/020010.mp3
|
إِذْ رَأَى نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى |
11 |
Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! |
/content/ayah/audio/hudhaify/020011.mp3
|
فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى |
12 |
Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən! |
/content/ayah/audio/hudhaify/020012.mp3
|
إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى |
13 |
Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə! |
/content/ayah/audio/hudhaify/020013.mp3
|
وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَى |
14 |
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! |
/content/ayah/audio/hudhaify/020014.mp3
|
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي |
15 |
Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm. |
/content/ayah/audio/hudhaify/020015.mp3
|
إِنَّ السَّاعَةَ ءاَتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَى كُلُّ نَفْسٍ بِمَا تَسْعَى |
16 |
Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan! |
/content/ayah/audio/hudhaify/020016.mp3
|
فَلاَ يَصُدَّنَّكَ عَنْهَا مَنْ لاَ يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَى |
17 |
Sağ əlindəki nədir, ey Musa?” |
/content/ayah/audio/hudhaify/020017.mp3
|
وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَى |
18 |
Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. |
/content/ayah/audio/hudhaify/020018.mp3
|
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَى غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَى |
19 |
Allah buyurdu: “At onu yerə, ey Musa!” |
/content/ayah/audio/hudhaify/020019.mp3
|
قَالَ أَلْقِهَا يَا مُوسَى |
20 |
Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. |
/content/ayah/audio/hudhaify/020020.mp3
|
فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَى |
21 |
Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq. |
/content/ayah/audio/hudhaify/020021.mp3
|
قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَى |
22 |
Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın. |
/content/ayah/audio/hudhaify/020022.mp3
|
وَاضْمُمْ يَدَكَ إِلَى جَنَاحِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَى |
23 |
Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək. |
/content/ayah/audio/hudhaify/020023.mp3
|
لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى |
24 |
Fironun yanına get! Çünki o, həddini aşmışdır”. |
/content/ayah/audio/hudhaify/020024.mp3
|
اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى |
25 |
Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! |
/content/ayah/audio/hudhaify/020025.mp3
|
قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي |
26 |
İşimi yüngülləşdir! |
/content/ayah/audio/hudhaify/020026.mp3
|
وَيَسِّرْ لِي أَمْرِي |
27 |
Dilimdəki düyünü aç ki, |
/content/ayah/audio/hudhaify/020027.mp3
|
وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي |
28 |
sözümü anlasınlar! |
/content/ayah/audio/hudhaify/020028.mp3
|
يَفْقَهُوا قَوْلِي |
29 |
Mənə öz ailəmdən bir köməkçi ver – |
/content/ayah/audio/hudhaify/020029.mp3
|
وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي |
30 |
Qardaşım Harunu! |
/content/ayah/audio/hudhaify/020030.mp3
|
هَارُونَ أَخِي |
31 |
Onun sayəsində mənim gücümü artır! |
/content/ayah/audio/hudhaify/020031.mp3
|
اشْدُدْ بِهِ أَزْرِي |
32 |
Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, |
/content/ayah/audio/hudhaify/020032.mp3
|
وَأَشْرِكْهُ فِي أَمْرِي |
33 |
Sənə çoxlu təriflər deyək |
/content/ayah/audio/hudhaify/020033.mp3
|
كَيْ نُسَبِّحَكَ كَثِيراً |
34 |
və Səni çox zikr edək. |
/content/ayah/audio/hudhaify/020034.mp3
|
وَنَذْكُرَكَ كَثِيراً |
35 |
Şübhəsiz ki, Sən bizi görürsən!” |
/content/ayah/audio/hudhaify/020035.mp3
|
إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا |
36 |
Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa! |
/content/ayah/audio/hudhaify/020036.mp3
|
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى |
37 |
Sənə bir dəfə də mərhəmət göstərmişdik. |
/content/ayah/audio/hudhaify/020037.mp3
|
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَى |
38 |
O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik: |
/content/ayah/audio/hudhaify/020038.mp3
|
إِذْ أَوْحَيْنَا إِلَى أُمِّكَ مَا يُوحَى |
39 |
“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım. |
/content/ayah/audio/hudhaify/020039.mp3
|
أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّي وَعَدُوٌّ لَّهُ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّي وَلِتُصْنَعَ عَلَى عَيْنِي |
40 |
O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa! |
/content/ayah/audio/hudhaify/020040.mp3
|
إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَى مَن يَكْفُلُهُ فَرَجَعْنَاكَ إِلَى أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَى قَدَرٍ يَا مُوسَى |
41 |
Mən səni Özümə peyğəmbər seçdim! |
/content/ayah/audio/hudhaify/020041.mp3
|
وَاصْطَنَعْتُكَ لِنَفْسِي |
42 |
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. |
/content/ayah/audio/hudhaify/020042.mp3
|
اذْهَبْ أَنتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي |
43 |
Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. |
/content/ayah/audio/hudhaify/020043.mp3
|
اذْهَبَا إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى |
44 |
Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” |
/content/ayah/audio/hudhaify/020044.mp3
|
فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَى |
45 |
Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. |
/content/ayah/audio/hudhaify/020045.mp3
|
قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَا أَوْ أَن يَطْغَى |
46 |
Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! |
/content/ayah/audio/hudhaify/020046.mp3
|
قَالَ لَا تَخَافَا إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَى |
47 |
Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun! |
/content/ayah/audio/hudhaify/020047.mp3
|
فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَّبِّكَ وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى |
48 |
Bizə vəhy olundu ki, əzab, haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!” |
/content/ayah/audio/hudhaify/020048.mp3
|
إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَى مَن كَذَّبَ وَتَوَلَّى |
49 |
Firon dedi: “Rəbbiniz kimdir, ey Musa?” |
/content/ayah/audio/hudhaify/020049.mp3
|
قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَى |
50 |
Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” |
/content/ayah/audio/hudhaify/020050.mp3
|
قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى |
51 |
Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?” |
/content/ayah/audio/hudhaify/020051.mp3
|
قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَى |
52 |
Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!” |
/content/ayah/audio/hudhaify/020052.mp3
|
قَالَ عِلْمُهَا عِندَ رَبِّي فِي كِتَابٍ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى |
53 |
O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. |
/content/ayah/audio/hudhaify/020053.mp3
|
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِّن نَّبَاتٍ شَتَّى |
54 |
Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır. |
/content/ayah/audio/hudhaify/020054.mp3
|
كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى |
55 |
Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq. |
/content/ayah/audio/hudhaify/020055.mp3
|
مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَى |
56 |
Biz dəlillərimizin hamısını Firona göstərdik. O isə bu dəlilləri yalan sayıb qəbul etmədi. |
/content/ayah/audio/hudhaify/020056.mp3
|
وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَى |
57 |
Firon dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa? |
/content/ayah/audio/hudhaify/020057.mp3
|
قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَا مُوسَى |
58 |
Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu hamımız üçün münasib bir yerdə olsun”. |
/content/ayah/audio/hudhaify/020058.mp3
|
فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِّثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنتَ مَكَانًا سُوًى |
59 |
Musa dedi: “Görüş vaxtınız bayram günü, camaatın bir yerə toplaşacağı səhər vaxtıdır!” |
/content/ayah/audio/hudhaify/020059.mp3
|
قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَن يُحْشَرَ النَّاسُ ضُحًى |
60 |
Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi. |
/content/ayah/audio/hudhaify/020060.mp3
|
فَتَوَلَّى فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَى |
61 |
Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar. |
/content/ayah/audio/hudhaify/020061.mp3
|
قَالَ لَهُم مُّوسَى وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ وَقَدْ خَابَ مَنِ افْتَرَى |
62 |
Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər. |
/content/ayah/audio/hudhaify/020062.mp3
|
فَتَنَازَعُوا أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَى |
63 |
Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər. |
/content/ayah/audio/hudhaify/020063.mp3
|
قَالُوا إِنْ هَذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَى |
64 |
Odur ki, bütün hiylələrinizi cəmləşdirib meydana dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”. |
/content/ayah/audio/hudhaify/020064.mp3
|
فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَى |
65 |
Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əvvəlcə əlindəkini at, ya da birinci atan biz olaq!” |
/content/ayah/audio/hudhaify/020065.mp3
|
قَالُوا يَا مُوسَى إِمَّا أَن تُلْقِيَ وَإِمَّا أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَى |
66 |
Musa dedi: “Yox, siz atın!” Sehrbazlar əllərindəkiləri yerə atan kimi sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür. |
/content/ayah/audio/hudhaify/020066.mp3
|
قَالَ بَلْ أَلْقُوا فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَى |
67 |
Musanın ürəyi xoflandı. |
/content/ayah/audio/hudhaify/020067.mp3
|
فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُّوسَى |
68 |
Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan! |
/content/ayah/audio/hudhaify/020068.mp3
|
قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ الْأَعْلَى |
69 |
Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”. |
/content/ayah/audio/hudhaify/020069.mp3
|
وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَى |
70 |
Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” |
/content/ayah/audio/hudhaify/020070.mp3
|
فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَى |
71 |
Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” |
/content/ayah/audio/hudhaify/020071.mp3
|
قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى |
72 |
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! |
/content/ayah/audio/hudhaify/020072.mp3
|
قَالُوا لَن نُّؤْثِرَكَ عَلَى مَا جَاءنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا فَاقْضِ مَا أَنتَ قَاضٍ إِنَّمَا تَقْضِي هَذِهِ الْحَيَاةَ الدُّنْيَا |
73 |
Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!” |
/content/ayah/audio/hudhaify/020073.mp3
|
إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ وَاللَّهُ خَيْرٌ وَأَبْقَى |
74 |
Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar. |
/content/ayah/audio/hudhaify/020074.mp3
|
إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيى |
75 |
Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar – |
/content/ayah/audio/hudhaify/020075.mp3
|
وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُوْلَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى |
76 |
ağacları altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır. |
/content/ayah/audio/hudhaify/020076.mp3
|
جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء مَن تَزَكَّى |
77 |
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!”– deyə vəhy etdik. |
/content/ayah/audio/hudhaify/020077.mp3
|
وَلَقَدْ أَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَّا تَخَافُ دَرَكًا وَلَا تَخْشَى |
78 |
Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı. |
/content/ayah/audio/hudhaify/020078.mp3
|
فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُم مِّنَ الْيَمِّ مَا غَشِيَهُمْ |
79 |
Firon öz xalqını azğınlığa sürüklədi və onlara doğru yol göstərmədi. |
/content/ayah/audio/hudhaify/020079.mp3
|
وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَى |
80 |
Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə sağ tərəfinizdəki dağın yanına gəlməyiniz üçün vədə verdik. Sizə göydən manna və bildirçin endirdik. |
/content/ayah/audio/hudhaify/020080.mp3
|
يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنجَيْنَاكُم مِّنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى |
81 |
Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar. |
/content/ayah/audio/hudhaify/020081.mp3
|
كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَى |
82 |
Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. |
/content/ayah/audio/hudhaify/020082.mp3
|
وَإِنِّي لَغَفَّارٌ لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى |
83 |
Allah buyurdu: “Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?” |
/content/ayah/audio/hudhaify/020083.mp3
|
وَمَا أَعْجَلَكَ عَن قَوْمِكَ يَا مُوسَى |
84 |
Musa dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!” |
/content/ayah/audio/hudhaify/020084.mp3
|
قَالَ هُمْ أُولَاء عَلَى أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَى |
85 |
Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”. |
/content/ayah/audio/hudhaify/020085.mp3
|
قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِن بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ |
86 |
Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?” |
/content/ayah/audio/hudhaify/020086.mp3
|
فَرَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِي |
87 |
Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”. |
/content/ayah/audio/hudhaify/020087.mp3
|
قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِّن زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَلِكَ أَلْقَى السَّامِرِيُّ |
88 |
Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur”– dedilər. |
/content/ayah/audio/hudhaify/020088.mp3
|
فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَذَا إِلَهُكُمْ وَإِلَهُ مُوسَى فَنَسِيَ |
89 |
Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?! |
/content/ayah/audio/hudhaify/020089.mp3
|
أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا |
90 |
Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!” |
/content/ayah/audio/hudhaify/020090.mp3
|
وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِن قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنتُم بِهِ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي |
91 |
Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər. |
/content/ayah/audio/hudhaify/020091.mp3
|
قَالُوا لَن نَّبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّى يَرْجِعَ إِلَيْنَا مُوسَى |
92 |
Musa dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, |
/content/ayah/audio/hudhaify/020092.mp3
|
قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا |
93 |
ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın? |
/content/ayah/audio/hudhaify/020093.mp3
|
أَلَّا تَتَّبِعَنِ أَفَعَصَيْتَ أَمْرِي |
94 |
Harun dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum. |
/content/ayah/audio/hudhaify/020094.mp3
|
قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي |
95 |
Musa dedi: “Məqsədin nə idi, ey Samiri?” |
/content/ayah/audio/hudhaify/020095.mp3
|
قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ |
96 |
O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. |
/content/ayah/audio/hudhaify/020096.mp3
|
قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَلِكَ سَوَّلَتْ لِي نَفْسِي |
97 |
Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq. |
/content/ayah/audio/hudhaify/020097.mp3
|
قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَن تَقُولَ لَا مِسَاسَ وَإِنَّ لَكَ مَوْعِدًا لَّنْ تُخْلَفَهُ وَانظُرْ إِلَى إِلَهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَّنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا |
98 |
Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. |
/content/ayah/audio/hudhaify/020098.mp3
|
إِنَّمَا إِلَهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا |
99 |
Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik. |
/content/ayah/audio/hudhaify/020099.mp3
|
كَذَلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنبَاء مَا قَدْ سَبَقَ وَقَدْ آتَيْنَاكَ مِن لَّدُنَّا ذِكْرًا |
100 |
Ondan üz döndərənlər Qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. |
/content/ayah/audio/hudhaify/020100.mp3
|
مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا |
101 |
Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis yük olacaqdır! |
/content/ayah/audio/hudhaify/020101.mp3
|
خَالِدِينَ فِيهِ وَسَاء لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا |
102 |
O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq. |
/content/ayah/audio/hudhaify/020102.mp3
|
يَوْمَ يُنفَخُ فِي الصُّورِ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا |
103 |
Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Dünyada cəmi on gün qaldınız!” |
/content/ayah/audio/hudhaify/020103.mp3
|
يَتَخَافَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا |
104 |
Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “Dünyada cəmisi bir gün qaldınız!”– deyəcək. |
/content/ayah/audio/hudhaify/020104.mp3
|
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا |
105 |
Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq, |
/content/ayah/audio/hudhaify/020105.mp3
|
وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّي نَسْفًا |
106 |
oranı boş düzəngaha çevirəcəkdir. |
/content/ayah/audio/hudhaify/020106.mp3
|
فَيَذَرُهَا قَاعًا صَفْصَفًا |
107 |
Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən”. |
/content/ayah/audio/hudhaify/020107.mp3
|
لَا تَرَى فِيهَا عِوَجًا وَلَا أَمْتًا |
108 |
O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. |
/content/ayah/audio/hudhaify/020108.mp3
|
يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ وَخَشَعَت الْأَصْوَاتُ لِلرَّحْمَنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا |
109 |
O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. |
/content/ayah/audio/hudhaify/020109.mp3
|
يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا |
110 |
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz! |
/content/ayah/audio/hudhaify/020110.mp3
|
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا |
111 |
O gün üzlər əbədi Yaşayan, yaradılanların Qəyyumu olan Allah qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. |
/content/ayah/audio/hudhaify/020111.mp3
|
وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا |
112 |
Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxmazlar. |
/content/ayah/audio/hudhaify/020112.mp3
|
وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا |
113 |
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar. |
/content/ayah/audio/hudhaify/020113.mp3
|
وَكَذَلِكَ أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا |
114 |
Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. |
/content/ayah/audio/hudhaify/020114.mp3
|
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِن قَبْلِ أَن يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُل رَّبِّ زِدْنِي عِلْمًا |
115 |
Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik. |
/content/ayah/audio/hudhaify/020115.mp3
|
وَلَقَدْ عَهِدْنَا إِلَى آدَمَ مِن قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا |
116 |
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi. |
/content/ayah/audio/hudhaify/020116.mp3
|
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى |
117 |
Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan. |
/content/ayah/audio/hudhaify/020117.mp3
|
فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى |
118 |
Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. |
/content/ayah/audio/hudhaify/020118.mp3
|
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى |
119 |
Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!” |
/content/ayah/audio/hudhaify/020119.mp3
|
وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَى |
120 |
Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” |
/content/ayah/audio/hudhaify/020120.mp3
|
فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى |
121 |
İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu. |
/content/ayah/audio/hudhaify/020121.mp3
|
فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى |
122 |
Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi. |
/content/ayah/audio/hudhaify/020122.mp3
|
ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَى |
123 |
Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. |
/content/ayah/audio/hudhaify/020123.mp3
|
قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى |
124 |
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. |
/content/ayah/audio/hudhaify/020124.mp3
|
وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى |
125 |
O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” |
/content/ayah/audio/hudhaify/020125.mp3
|
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنتُ بَصِيرًا |
126 |
Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” |
/content/ayah/audio/hudhaify/020126.mp3
|
قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنسَى |
127 |
Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir. |
/content/ayah/audio/hudhaify/020127.mp3
|
وَكَذَلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِن بِآيَاتِ رَبِّهِ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَى |
128 |
Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz, onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır. |
/content/ayah/audio/hudhaify/020128.mp3
|
أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى |
129 |
Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı. |
/content/ayah/audio/hudhaify/020129.mp3
|
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى |
130 |
Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. |
/content/ayah/audio/hudhaify/020130.mp3
|
فَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ آنَاء اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَى |
131 |
Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. |
/content/ayah/audio/hudhaify/020131.mp3
|
وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى |
132 |
Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır. |
/content/ayah/audio/hudhaify/020132.mp3
|
وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى |
133 |
Kafirlər: “Nə üçün o, Rəbbindən bizə bir dəlil gətirmir?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı? |
/content/ayah/audio/hudhaify/020133.mp3
|
وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِّن رَّبِّهِ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَى |
134 |
Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?” |
/content/ayah/audio/hudhaify/020134.mp3
|
وَلَوْ أَنَّا أَهْلَكْنَاهُم بِعَذَابٍ مِّن قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَى |
135 |
De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” |
/content/ayah/audio/hudhaify/020135.mp3
|
قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَى |