Al-Fatihah

Change Language
Change Surah
Change Recitation

Azerbaijani: Vasim Mammadaliyev and Ziya Bunyadov

Play All
# Translation Ayah
1 Mərhəmətli, rəhmli Allahın adı ilə! بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
2 Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə, الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ
3 (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana, الرَّحْمـنِ الرَّحِيمِ
4 Haqq-Hesab (qiyamət) gününün sahibinə! مَالِكِ يَوْمِ الدِّينِ
5 Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ
6 Bizi doğru (düz) yola yönəlt! اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ
7 Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
;